Fazil Məmmədov inkar edir

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Dövlət başçısının müvafiq qərarından sonra bir sıra KİV-də, sosial şəbəkələrdə Vergilər nazirinin vəzifəsindən azad olunması ilə bağlı çoxlu müzakirələr aparılıb. Onun işdən azad olunması ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.
Deputat Vahid Əhmədov onun ciddi xəstəliklərdən əziyyət çəkdiyini bildirərək Fazil Məmmədovun işfən çıxarılmasını bununla əlaqələndirmişdi.
Bu gün keçmiş nazir “Bizim yol” qəzetinə açıqlama verib. F. Məmmədov açıqlamasında diqqəti dərhal cəlb edin məsələyə toxunub:
“Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm.”
Maraqlı cəhət odur ki, keçmiş nazir bu açıqlama ilə işdən çıxarılmasının sağlamlığındakı problemlərlə bağlı olmadığını dolayısı ilə sübit etməyə çalışıb.Fazil Məmmədov bununla da işdən çıxarılmasının başqa səbəblərlə bağlı olmasını ictimaiyyətin diqqətinə çatdırmağı vacib bilib.