DÇ-2018-in püşkü atıldı

Bu gün gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
Planetin ən yaxşı 32 komandası 8 qrupa bölünüb.

DÇ-2018-də Avropadan 14 komanda – Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq.

Mindialda Cənubi Amerikanı 5 yığma –  Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli – Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiyanın 5 komandası – İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq.

DÇ-2018-in qrupları aşağıdakı kimidir:

A qrupu

1. Rusiya
2. Səudiyyə Ərəbistanı
3. Misir
4. Uruqvay

B qrupu

1. Portuqaliya
2. İspaniya
3. İran
4. Mərakeş

C qrupu

1. Fransa
2. Peru
3. Danimarka
4. Avstraliya

D qrupu

1. Argentina
2. Xorvatiya
3. İslandiya
4. Nigeriya

E qrupu

1. Braziliya
2. İsveçrə
3. Kosta Rika
4. Serbiya

F qrupu

1. Almaniya
2. Meksika
3. İsveç
4. Cənubi Koreya

G qrupu

1. Belçika
2. İngiltərə
3. Tunis
4. Panama

H qrupu

1. Polşa
2. Kolumbiya
3. Seneqal
4. Yaponiya