
Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.
Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” Fondu və “Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir.
Bu xəbər həm də ona görə diqqəti cəlb edir ki, hələ neçə il əvvəl SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstandakı erməni kilsələrinə də qaz verdiklərini bildirmişdi. Belə məsələlər SOCAR-ı narahat etsəydi Gürcüstan hökumət ermənilərin Azərbaycana qarşı heç bir təxribatına yol verməzdi.