İtkin düşmüş balıqçılardan birinin meyiti çıxarıldı

Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin “Orion” gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, itkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.

Axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir.

Azadliq.info