Ev təsərrüfatlarının kreditləşməsində 3 milyard azalma

İstehlak tələbinin komponentlərindən biri olan ev təsərrüfatlarına verilən kreditlərdə 2017-ci ilin 9 ayında 16.7% azalma müşahidə olunmuşdur.

Bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalında bildirilir.

Qeyd olunur ki, 2017-ci ilin 9 ayının sonuna ev təsərrüfatları üzrə kredit portfelinin həcmi 4.9 milyard manat olmuşdur.

Ev təsərrüfatlarına verilən kreditlərdə 2016-cı ildə 30.1% azalma müşahidə olunmuşdur. 2016-cı ilin sonuna ev təsərrüfatları üzrə kredit portfelinin həcmi 5.9 milyard manat olmuşdu.

2015-ci ilin sonuna ev təsərrüfatları üzrə kredit portfelinin həcmi 7.9 milyard manat təşkil etmişdi.