Apple-nin bazar qiyməti 900 milyard oldu

Dünyanın ən dəyərli şirkəti mövqeyində olan ABŞ-ın texnologiya nəhəngi Apple-ın bazar dəyəri 900 milyard dollara çatıb. Texnologiya nəhəngi tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu.

Apple-ın səhminin dəyəri dünəni 168,11 dollardan bağlamasının ardından, bu gün Nyu-York birjasının açılması ilə 3,65 faiz bahalaşıb və 174,26 dollara qədər qalxıb.

Beləliklə, şirkətin bazar dəyəri 900 milyard dollara çatıb və Apple tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu.