İranda terrorçular 8 sərhədçini öldürüb

İranın Qərbi Azərbaycan əyalətində terrorçuların hücumu nəticəsində 8 sərhədçi həyatını itirib.

Qərbi Azərbaycan əyalətinin nümayəndəsi Əlirza Radfar İRNA agentliyinə bildirib ki, hazırda İran sərhədçiləri ilə regionda fəaliyyət göstərən terror qruplaşmaları arasında silahlı toqquşma davam edir.