Gələn il pensiya 7,6 manat artacaq

2018-ci ildə Azərbaycanda orta aylıq pensiya məbləğinin 216,5 manata çatacağı proqnozlaşdırılır.

Bu da 2017-ci ilin gözlənilən proqnozu ilə müqayisədə 7,6 manat və ya 3,6%, 2016-cı ilin faktiki göstəricisi ilə müqayisədə isə 24,3 manat və ya 12,6% çoxdur.

Bu barədə növbəti ilin büdcə layihəsində bildirilir.

Həmçinin, gələn il əmək pensiyaçıları üçün yaşayış minimumu 144,0 manat nəzərdə tutulub ki, bu da 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 13,8 manat və ya 10,6%, 2016-cı ilin faktiki göstərici ilə müqayisədə 21 manat və ya 17,0% artım deməkdir.

Azadliq.info