Ağcabədidə qazdoldurma stansiyasında həlak olanlar var (Video)

Oktyabrın 30-da Ağcabədi rayonunun Boyad qəsəbəsində (Bakıdan 250 km cənub-qərb) avtomobillərə qazdoldurma məntəqəsində partlayış baş verib. Nəticədə maye qaz daşıyan “ZİL” avtomobili və operator otağı yanıb.

Partlayış nəticəsində 1963-cü il təvəllüdlü operator Nahid Cavadov, habelə stansiyanın iki işçisi həlak olub.

Yanğın xidməti alovu söndürüb. Yanğının səbəbləri ilə bağlı araşdırma başlayıb, bu barədə FHN-in məlumatında deyilir.

Azadliq.info