Bir qrup cəbhəçi inzibati həbsdən azad edildi FOTO

Milli Şura sentyabr ayından mitinqlərərə başlayandan hakimiyyət orqanları AXCP fəallarına qarşı inzibati həbslərə starat verdi. Bu günə qədər 15 cəbhəçi inzibati həbsə məruz qoyulub. Milli Şuranın 7 oktyabr mitinqi ərəfəsi cəbhəçilərə qarşı yenii inzibati həbslər dalğası başladı. Bu dəfə cəbhə fəalları sentyabr mitinqi ərəfəsində həbs olunanlardan fərqli olaraq daha uzunmüddətli həbslərə məruz qoyuldular.

Oktyabrın 29-da onlardan  üçü-25 sutkalığa inzibati həbs almış cəbhəçilər Məhərrəm Rza, Yalçın Abdullayev və Ramid Nağıyev azad olunublar.

Qeyd etmək lazımdır ki, oktyabrın ikinci yarısında 10 sutkalığa inzibati həbsə göndərilmiş AXCP üzvü Rəcəb Hüseynli də dünən azad edilib.

Ramid Nağıyev

 

Yalçın Abdullayev

Məhərrəm Rzayev

Rəcəb Hüseynli

 

Azadliq.info