Meydanlar bizi gözləyir

25 ildən bəri Millətimizi bütün sahələrdə ümidsizliyə qapatatmaqda davam edən əliyevlər rejiminin çöküşü tam sürətilə davam edir. Bu çöküşü şərtləndirən əsas səbəblər – iqtisadi tənəzzül, yaşanan ciddi maliyyə böhranı, hər gün ağırlaşan sosial durum, hakim komanda daxilində aşkar görünən mərkəzdənqaçma meylləri , hakimiyyət əleyhinə açıq xarakter almış xarici hüquqi və siyasi basqılar qarşısı alınmaz və nəticələrin aradan qaldırılmasını mümkünsüz edən bir prosesə çevirmişdir.
Hakimiyy
ət üçün ömrünü uzatmanın yeganə yolu cəmiyyət üzərində əzici imkanlarını qoruyub saxlamaq və bu şiddəti getdikcə artırmaqdan ibarətdir. Çünki rejim onun çöküşünü təmin edəcək son şərtin güclü daxili müqavimətdən asılı olduğunun fərqindədir. Odur ki, cəmiyyət üzərində ağılagəlməz təzyiq və istismar etmə variantlarını artırmaqdadır.
Vergi ş
ərtlərinin ağırlaşdırılması, bank kreditləri, kommunal borclarla bağlı həbs cəzası nəzərdə tutan qanunların tətbiqi, gündəlik həyatımızda ən xırda məsələlərdən belə üzləşə biləcəyimiz hallardan dolayı cərimə sanksiyalarının müəyyənləşdirilməsi, əhalinin az təminatlı hissəsinin və aşağı qrup əlillərin sosial müavinətlərinin ləğvi ilə bağlı təkliflərin müzakirələrə təqdim edilməsi cəmiyyət üzərində ciddi nəzarətin və qorxunun yaradılmasını şərtləndirən məsələlərdir.
Bu quduz gedişatı durdurmanın yegan
ə yolu Xalqın təşkilatlandırılmasından və həlledici gücə çevrilməsindən keçir. Hazırkı real vəziyyətdə isə bunu yalnız meydanlarda bir araya gələrək etmək mümkündür. Özünə, ailənə, Millətinə, Vətəninə, dövlətinə sahib çıxmaq istəyirsənsə, rejimə yox demək cəsarətini özündə tapmalısan. Unutmayaq ki, gələcəyimizə yol bu günkü meydandan keçir.
Odur ki, 28 oktyabrda MİTİNQ
ƏQOŞUL.
Hazırkı durum m
ənə məşhur “Canavar və quzu” təmsilini xatırladı. Ayağa dur! Quzu olmadığını canavar xislətli çaqqallara sübut et. Sən buna qadirsən.

 

ADR Hərəkatı sədrinin müavini

Ədalət Yusubov