Azərbaycanın neft ixracı 1,5 milyard dollar da azaldı

Azərbaycan 2017-ci ilin 9 ayı ərzində xam neft ixracından 5 milyard 883 milyon 465 min dollar əldə edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu 2016-cı ilin 9 ayı ilə müqayisədə 20% və ya 1 milyard 470 milyon dollar azdır. 2016-cı ilin 9 ayı ərzində xam neft ixracı 7 milyard 353 milyon 990 min dollar təşkil etmişdi.

Müqayisə olunan dövrdə ixrac olunan xam neftin həcmi 24 181 088 tondan 15 381 808 tona düşüb (36% azalıb).

Azərbaycanın 9 aylıq ixracının 72,2%-i xam neftin payına düşüb.