Əksər rayonlarda pensiyalar hələ də verilməyib.
“Əvvəllər hər ayın 7-də verilməli olan pensiyaları son aylar 14-ü verərdilər. Ayın 19-u olmasına baxmayaraq hələ də pensiyalar karta köçürülməyib. Hələ üstəlik pensiyaların azaldılması barədə də söz-söhbət dolaşılır”,-
bu barədə Gəncədən olan Həmidova Minayə adlı pensiyaçı
redaksiyamıza bildirib. Məsələ ilə bağlı Gəncə şəhər Əmək və Əhalinin müdafiəsi mərkəzinə zəng etsək də telefonlara cavab verən olmadı.