Əfqan Muxtarlınln həbs müddəti uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun verdiyi vəsatətə baxılıb.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, R.Usubovun vəsatəti təmin edilib, Ə.Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbiri daha iki ay uzadılıb.