Ədəbiyyat üzrə Nobel mükafatı yapon yazıçıya verildi

2017-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı yapon əsilli Böyük Britaniya yazıçısı Kadzuo İsiquroya verilib.

Novator.az xəbər verir ki, qərarı oktyabrın 5-də İsveç Akademiyası açıqlayıb.

Akademiya bəyan edib ki, Kadzuo İsiquro əsərlərindəki emosional qüdrətə görə Nobel mükafatına layiq bilinib.

Kadzuo İsiquro 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində doğulub. 5 yaşından Böyük Britaniyada yaşayır. Ali təhsilini Britaniyada alıb. Bakalavr pilləsini Kent Universitetində, magistraturanı Şərqi İngiltərə Universitetində bitirib.

1982-ci ildən Böyük Britaniya vətəndaşıdır.

Kadzuo İsiquro bədii yaradıcılığa 1981-ci ildən başlayıb. “Günün qalığı”, “Məni buraxma”, “Gömülmüş nəhəng” romanlarının müəllifidir.

Ailəlidir, bir qızı var.

Nobel mükafatının məbləği 1 milyon ABŞ dollarıdır.