Minsk Qrupunun həmsədrləri regiona gəlir

“Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupundakı yeni həmsədri cənab Andrü Şofer bu həftə Yerevan və Bakıya səfər edəcək və yerdə vəziyyətlə tanışlıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək. Bölgədə olduğu zaman cənab Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək”. Bu barədə ABŞ-ın Azərbaycan səfirliyinin mətbuata açıqlamasında bildirilir.

“Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllini dəstəkləyən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərlə fəal şəkildə işləyəcək. ABŞ-ın Minsk Qrupundakı həmsədri Cənab Şofer Birləşmiş Ştatlrın uzunmüddətli və Minsk Qrupunun həmsədrlərinin təkan verdiyi mövqeyi dəstəkləyir”- deyə açıqlamada vurğulanır.