ABŞ kürdlərin keçirdiyi referendumu qeyri-legitim elan etdi

Iraq Kürdüstanında keçirilən referendum birtərəfli və qeyri-legitimdir, ABŞ onun nəticələrini tanımır və bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırır.

Bu barədə ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri Reks Tillersonun bəyanatında bildirilir.

“Birləşmiş Ştatlar İraq Kürdüstanında keçirilən regional referendumu tanımır və onun birtərəfli xarakter daşıdığını hesab edir. ABŞ bütün tərəflərdən, o cümlədən İraqın qonşularından birtərəfli hərəkətlərdən və güc tətbiqindən yayınmağı xahiş edir”, — deyə o qeyd edib.

Azadliq.info