Gürcüstan iqtisadi artıma görə regionun lideridir

2017-ci ilin avqust ayında Gürcüstanda ÜDM-in artım tempi 4,3% təşkil edib.

Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, 2017-ci ilin ilk səkkiz ayı ərzində ÜDM-in artım tempi 4,7%-ə çatıb.

Avqust ayının digər iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 5,7% olub. İstehlak qiymətləri isə iyul ayı ilə müqayisədə 0,2% artıb.

Yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 12,2% artıb.

Azadliq.info