fuad agayev

Sabah Mehman Əliyevin ardıcıl iki məhkəməsi olacaq

Sabah Bakı Apelyasiya Məhkəməsində Mehman Əliyevin işi üzrə iki proses olacaq.

“Turan” İnformasiya Agentliyinin həbsdə olan rəhbəri Mehman Əliyevin vəkili Fuad Ağayev bununla bağlı FB statusunda yazıb: “Bakı Apelyasiya Məhkəməsindən zəng vurub dedilər ki, tutma qərarı ilə bağlı apelyasiya şikayətinə sabah saat 14:30-da baxılacaq”. Bunun ardınca vəkilə məlumat verilib ki, sabah saat 15.00-da isə girovla bağlı şikayətə baxılacaq.