İlham Əliyev Bolqarıstanın milli bayramını qara gətirib

«Laundromat» – Azərbaycan dünyanı qarışdırır

İlham Əliyev hakimiyyətinin 3 milyardlıq korrupsiya əməliyyatı barədə üzə çıxan faktlar Bolqarıstanı da qarışdırıb. Bolqarıstanın baş nazirinin müavini milli televiziya kanalına bu barədə danışıb. Baş nazirin müavini Tomislav Donçev deyib ki, Azərbaycanın pulyuma əməliyyatları ilə bağlı hadisələr Bolqarıstanın reputasiyasına da ciddi təsir edib. Onun dediyinə görə, Bolqarıstan hökuməti «Azərbaycan Laundromat»-ı ilə bağlı xüsusi hesabat hazırlamalı olacaq.

“Guardian” qəzetində Azərbaycan məəli korrupsiya əməliyyatları barədə dərc edilən yazı Bolqarıstanda milli istiqlal günü ilə bağlı keçirilən bayram tədbirlərinin  təntənəsinə də əməlli-başlı xələl gətirib.

Bu gün isə  Bolqarıstanda Nazirlər Kabinetinin iclası keçirilib. Bolqar hökuməti Azərbaycan korrupsiyaları ilə bağlı qalmaqalın məsuliyyətini Kalin Mitrevin işlədiyi Avropa Yenidənqurma və İnkişaf Bankının üzərinə atıb. Yəni, «bizim vətəndaş olsa da, sizin əməkdaşınızdır və problemlərinizə sahib çıxın» mənasını verən bir qənaətə gəliblər.

Azadliq.info