MTK firıldaqçılığı nə qədər davam edəcək?

Vətəndaşların həm pulu batır, həm də sağlamlığı əldən gedir

Qanun yaradıcılıq prinsiplərindən mühümü qanunun çevik olması,  dinamik,  sürətli,  proseslərə adevkat  cavab verməsidir.  Əks halda, qanun olmayan yerdə qanunsuzluqlarin olması  labuddür.

Mövzumuz  bəzi  MTK- larda olan fırıldaqlarla bağlı   vətəndaşların  hüquqlarının pozulması,  pullarını və sağlamlıqlarını itirməsi, məhkəmə çəkişmələrində əziyyətlərə düçar olmasıdır.  Əlbəttə,  bu deyillənlər bütün MTK-lara aid deyil.  Öz biznes  failiyətlərini  qanun çərçivəsində quran MTK-ların fəaliyyəti  faydalı və  pozitiv hesab edilməlidir.    Lakin   mənzili  bir neçə vətəndaşa satmaqla  kriminal sxem üzrə  işləyən  bəzi MTK-ların vəzifəli şəxslərinin   “fəaliyyətindən” məhkəmələrdəki    cinayət və mülki işlərinin  sayı azalmır.  Bu xarakterli cinayət işlərində (CM-nin 178-ci maddəsi) MTK-nın bəzi vəzifəli şəxsləri məhkum edilir və bəzən elə  hallar olur  ki, həmin şəxslər  intihar edir və bu vəziyyətdə  illərlə mənzilini gözləyən vətəndaşların  mənzil almaq ümudi yoxa çıxır və hətta MTK ya verdiyi pulları  da itirirlər.  Mülki işlərdə  də mahiyyət eynidir,  fərq ondadır ki, konkret  mənzilin pulunu ödəyən    vətəndaşlar arasında məhkəmə   çəkişmələri məhkəmə mərhələlrində illərlə   davam edir  və nəhayət    vətəndaşlardan   biri mənzili əldə edə bilir,  digər aldadılan vətəndaşların isə yenə də mənzil almaq ümudi puç  olur və verdikləri pulları itirirlər. Beləliklə,  bu kriminal sxem belə davam edir, kimlərəsə  “sərvət”,   kimlərəsə  mərhumiyyətlər gətirir.

Biz  vəziyyəti təsvir və tənqid fikrindən uzaqıq.  Hesab edirik ki, buna ehtiyac yoxdur.  Fikrimiz kriminal sxemə son qoymaq üçün konkret təklifədən ibarətdir.

Tikinti dələduzlarından  qurtulmağın yolları

Tikinti sektorunda daşınmaz əmlakın  alqı-satqısı kimi mühüm münasibətin  qanunla tənzimlənməsində xeyli  vaxt buraxılıb.   Gecikmiş olsada bu addım atılmalıdır.

Həmin addımın sadə variantı ondan ibarətdir ki,  Dövlət Əmlak Komitəsi yanında bütün MTK-ların vətəndaşlarla olan müqavilələrinin Mərkəzləşdirlimiş baza sistemi yaradılsın  və bütün dəyişikliklər, pay haqları ödənmələri və s.  baza sistemində qeydiyyata alınsın və  bu münasibətlərin dəyişdirlməsi notariat kontrlarında rəsmiləşdirilsin.    Belə olan halda krimainal sxem heç cür işləyə bilməz.  Çünki qanunun profilaktik funksiyası kriminal sxemin işə düşməsinə  imkan   verməyəcək.

Belə bir qanunun qəbul edilməsi ilə hansı faydalar əldə olunur?

1.Vətəndaşların bu sahədə  hüquqlarının qorunması təmin  edilir.

2.Həmin xarakterli  işlərin  məhkəmələrə axımı  dayanır və həmin  zəmində sui-istifadələr   aradan qaldırılır.

3.  Sahənin  qanunla tənzimlənməsi biznes mədəniyyətinin formalaşmasına kömək edir.

4. Bu sahədəki bütün mülki  münasibətlərin notariat kontorlarında aparılması dövlət büdcəsinə xeyli  gəlirlər gətirir. və s

Məsələnin həllində müxtəlif  yanaşmalarda ola bilər.   Aktual hesab etdiyimiz  mövzuya təklifləri ilə münasibət bildirən şəxslərə əvvəlcədən təşəkkür  edirəm.

Qeyd: Növbəti yazılarmızda MTK-fırıldağçılığnın qurbanına çevrilmiş, bununla əlaqədar xəstəliyi kəskinləşdiyindən  dünyasını dəyişən bir jurnalistin məhkəmə çəkişmələrini oxucularımıza təqdim edəcəyik.

Fəxrəddin Mehdiyev, hüquqşunas