Qaçırılma zamanı qəzaya düşən qızın vəziyyəti ağırdır

Samuxda avtomobil su kanalına düşüb.

Hadisə  Samux-Əhmədbəyli yolunda baş verib.

Qız qaçıran şəxslər “VAZ-2107” markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb.

Xəsarət alan gənc qızın vəziyyəti ağırdır. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, Göygöl rayonu Alabaşlı kənd sakini, 1997-ci il təvəllüdlü Türkan İsgəndərova Samux rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Azadliq.info