Gəlin maşını adam öldürdü

Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb. Hadisə Nizami rayonu ərazisində baş verib.

Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Azadliq.info