ABŞ büdcəsindən Obamaya 1,15 milyon ayrılacaq

ABŞ hökuməti keçmiş prezident Barak Obamaya gələn ilin büdcəsindən 1,15 milyon dollar ayıracaq.

Bu barədə “The Washington Times” məlumat yayıb.

Qəzet yazır ki, bu, eks-prezidentlərə ayrılan məbləğlərin arasında ən böyüyüdür. Bu vaxta qədər keçmiş prezidentlər arasında ən yüksək məbləği alan ata Buş olub – 942 min dollar.

Keçmiş dövlət başçılarının təminatı üçün vəsaitin ayrılması 1950-ci ildə qəbul olunan qanunla tənzimlənir. Bu vəsait pensiya, ofis və rabitə xərclərini əhatə edir.

Gültəkin