Nadir şahın qılıncını oğurlayanlar həbs edilib

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstandakı muzeydən oğurluq etməkdə şübhəli bilinənləri həbs edib.

Oğrular muzeydən 100-dən çox əntiq əşya, o cümlədən Nadir şahın qılıncını aparıblar. Qeyd edək ki, çox böyük tarixi əhəmiyyət daşıyan bu əntiq qılınc 1 milyon avro həcmində dəyərləndirilir.

Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, həbs olunanlar cari ilin iyununda muzeydən oğurluq ediblər.