Norveç XİN-dən “Turan” bəyanatı

Norveç XİN Turan agentliyinin ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. “İnformasiya agentliyinin ətrafında yaranmış vəziyyətdən, ümumilikdə Azərbaycanda mətbuat azadlığının vəziyyətindən çox narahatıq”, – Norveç XİN-in Twitter səhifəsində dərc olunan məlumatda deyilir.

Turan-a qarşı cinayət araşdırması çərçivəsində agentliyin direktoru Mehman Əliyev həbs edilib, agentliyin bank hesabları dondurulub. Bu səbəbdən agentlik sentyabrın 1-dən öz fəaliyyətini dayandırdığını bəyan edib.