ABŞ-ın Texas ştatında güclü qasirğa olub

ABŞ-ın Texas ştatını cənginə alan “Harvi”qasırğası, son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğadır. Dördüncü kateqoriyaya qədər güclənən “Harvi” qasırğası ABŞ-ın Texas ştatına çatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 215 kilometrə çatıb.

Qasırğa artıq yaşayış məntəqələrinin birində fəsadlar törədib.  Kоrpus-Kristi şəhərində 155 min insan elektrik enerjisiz qalıb.

Ölənlər və çoxlu sayda yaralananların olduğu bildirilir.

“Harvi” son 12 ilin ən güclü qasırğası hesab edilir.

Azadliq.info