Rusiyada bıçaqlı hücumla 8 nəfəri yaraladılar

Rusiyanın Surqut şəhərində naməlum şəxs insanlara bıçaqla hücum edib.

Dojd telekanalı xəbər verir ki, hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yerli mətbuat bıçaqlananlardan birinin öldüyünü bildirib.