Avtomobil piyadanı vurdu

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.