Türkiyə məşhur brendlərin mallarını Gürcüstanda istehsal edəcək

Dünyanın tanınmış brend markaları ZARA, MANGO, Massimo Dutti, Bershka fabriklәri 2018-ci ildәn Gürcüstanda fәaliyyәtә başlayacaq.

Türkiyәnin Baykanlar şirkәti Ozurqetidә(Quriya bölgәsi) tikәcәyi zavoda birinci mәrhәlәdә 830 min dollar sәrmayә yatıracaq vә 300 nәfәr işçi işә götürülәcәk.

İlkin mәrhәlәdә dünyaca mәhşur cins markaları olan MANGO, ZARA vә digәrlәrinin istehsalı nәzәrdә tutulub. “İnvestor şirkәt üzәrinә düşәn bütün öhdәliklәri yerinә yetirib”- deyә jurnalistlәrә açıqlamasında Quriya qubernatoru Gia Salukvadze bildirib.

Qarşıdakı 3 il әrzindә bu sәrmayәnin böyüyәrәk 15 milyon dolları әhatә etmәsi vә işçi sayının 1500 nәfәrә çatdırılması planlanlaşdırılır.
Baykanlar şirkәti 1998-ci ilә qurulub vә bu gün ZARA, MANGO, Bershka, Massimo Dutti dazil olmaqla digәr tanınmış bründ markalarla işlәyir.

azadliq.info