Bakı-Sumqayıt qatarı yolda qalıb

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb. Saat 18:55-də paytaxtdan yola düşən qatar yolda qalıb.

Qatar artıq 30 dəqiqədir hərəkət etmir.

Hadisəyə texniki nasazlığın səbəb olduğu və qatarın hərəkətinin 15 dəqiqə sonra bərpa olunacağı bildirilir.