“Dılğırın biri deyir ki, prezidenti mənim idarə edirəm və o, mənim kiçiyimdir”
“Advokat” Qanunlar Şirkətinin prezidenti, sabiq poli işçisi və uzun zaman istimai-siyasi fəaliyyətlə məşğul olmuş vəkil Hidayət Rüstəmbəyli prezident İlham Əliyevlə görüşmək üçün ona açıq məktubla müraciət edib. Hidayət Rüstəmbəyli prezidentə məktubunda yazır:
“Artıq son bir neçə ildir ki, sizə 48 (qırx səkkiz) dəfə müraciət edərək, xüsusilə son dərəcə vacib məsələ ilə əlaqədar olaraq, xahiş edirəm ki, məni şəxsən qəbul edəsiniz. Hər dəfə ümidlərim puça çıxıb. Sanki dövlət yoxdur – xaosdur…
Düşünmüşəm ki, dövlətin bütün işi sizin zəhmətinizlə idarə olunur, düşünmürdüm ki, Siz hər şeyə biganəsiniz…
Elə götürək Sizin Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov cənablarını. O, bir müddət bundan əvvəl bütün Azərbaycan xalqı və dünya xalqları qarşısında ondan müsahibə götürən müxbirə belə cavab vermişdi: “Nə deyirsən, nə kişi, Azərbaycanda bircə kişi var, o da bizim Prezidentimiz İlham Əliyev cənablarıdır.”
Məntiqin hökmünə görə, yəni sizdən başqa Azərbaycanda kişi yoxdur. Siz cənab prezidentimiz, Hacıbala müəllimin belə təxribat xarakterli cavabına nə kimi qiymət verə bilərsiniz?
Mənim düşüncəmə görə, siz dərhal onu (Hacıbalanı) yanınıza çağırıb izahatını almalıydınız ki, Hacıbala müəllim, bu, nə deməkdir?
Yaltaq insanlara həmişə nifrət etmişəm və bu gün də nifrət edirəm, çünki tarix sübut edib ki, yaltaqlardan həmişə Vətən ziyan çəkib. Mən bir neçə dəfə deputatlığa namizədliyimi irəli sürmüşəm…
Ofisimin telefonunu kəsdilər, üstümə silahlı (odlu) basqın edildi, köhnə idmançılığım mənə kömək etdi, canini tərki-silah edib Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 25-ci Polis bölməsinə təhvil verdim. Araşdırma zamanı caninin evindən başqa odlu silahlar da aşkar olundu. Bütün bunların hamısını sizin göstərişinizlə bağlayırlar…
Təbii ki, mən gənc deyiləm, dayınız yerində bir kişiyəm….
Üstüörtülü yazmağa məcburam, Sizin yaxşı tanıdığınız “Üzdəniraq” biri, heç bir məsuliyyət və cavabdehlik hiss etmədən açıqca söyləyir ki, Siz onun kiçiyi-uşağısınız, o, sizin ağsaqqalınız və yol göstərəninizdir…
Elə buna görə də Sizə rəsmi ərizə yazaraq xahiş etdim ki, üç (3) metr məsafədən həmin “Dılğırın” sifətinə baxın, onda görəcəksiniz ki, bu dılğır-əsl mənada kimdir…”
azadliq.info