Azərbaycanda yanğınların baş verməsi halları azalıb
2000-ci ildə Azərbaycanda 2 525, 2016-cı ildə isə 2 194 yanğın baş verib.
Məlumatlardan aydın olur ki, son 16 il ərzində Azərbaycanda qəsdən törədilən yanğınların sayı 4 dəfə artıb. 2000-ci ildə Azərbaycanda qəsdən 51 yanğın tərədildiyi halda, 2010-cu ildə bu rəqəm 199, 2011-ci ildə 155, 2012-ci ildə 136, 2013-cü ildə 158, 2014-cü ildə 210, 2015-ci ildə 232, 2016-cı ildə 228 olub.
Ümumilikdə, Azərbaycanda yanğınların baş vermə səbəbləri arasında ilk yeri elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması tutur.
Son 16 ildə bu səbəbdən baş verən yanğın saylarını müqayisə etdikdə görmək olur ki, il ərzində baş verən yanğınların çoxu bu səbəbdən baş verib və belə yanğınların il ərzindəki sayı 700-1000 arasında dəyişib.
Azadliq.info