İranda hərbi bazada atışmada 4 nəfər həlak olub, 8 nəfər yaralanıb

Bu gün İranda hərbi hissədə atışma olub.

İranınm “Mehr” agentliyinin verdiyi məlumata görə, Tehranın cənubunda Kəhrizax hərbi bazasında baş verən atışma nəticəsində 4 hərbçi həlak olub, 8-i  yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Olayla bağlı əlavə məlumat verilmir.