Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı uşağı vurub.
Hadisə Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub.
Yaralı Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Masallı Rayon Yol Polisindən bildirilib ki, hadisəni törədən sürücü Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğludur.