Biləsuvar sakini dərmandan zəhərləndi

Biləsuvar rayon sakini dərmandan zəhərlənib.

Hadisə rayonun İsmətli kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Cəfərova Rahilə Kamal qızı qəbul etdiyi dərmandan zəhərlənib. R.Cəfərova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəyə tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.