Azәrbaycan dünyada qızıl ehtiyyatlarını satan ölkәlәr sırasında birincidir. Cümә axşamının әsas iqtisadi hadisәsindә mәhz bu şәkildә birincilik әldә edә bilәrdik.
Belә ki, Ümumdünya Qızıl Şurasının hesabatına görә hәlә ötәn ilin ortalarında Azərbaycanın 30 ton tәşkil edәn qızıl ehtiyatından hal-hazırda heç nә qalmayıb. Maraqlıdır ki, sözügedәn ehtiyatların balansında olduğu Dövlәt Neft Fondu yalnız günün sonunda mәsәlәyә münasibәt bildirib.
İlk növbәdә qeyd etmәk lazımdır ki, Şuranın rüblük hesabatından mәlum olur ki, Azərbaycan qızıl ehtiyatlarını 2016-cı ilin avqustundan 2017-ci ilin fevralına qәdәr olan müddәtdә satıb qurtarıb, 6 aya 30,2 ton qızıl satılıb. Baxmayaraq ki, bu ehtiyatlar 2013-2014-cü illәrdә 15 ay müddәtinә toplanmışdır.
Digәr tәrәfdәn, maraqlı mәqamlardan biri dә odur ki, ARDNF 2017-ci ilin ilk rüblük hesabatında bildirir ki, fondun ehtiyatlarındakı cüzi artım qızılın qiymәtinin artması ilә әlaqәdardır. İlin ikinci rübünün hesabatında isә qızılın adı daha çәkilmir. Fond açıqlamasında bildirir ki, strukturda baş verәn istәnilәn dәyişikliyi hesabatlarında әks etdirirlәr.
Lakin, son vaxtlar hesabatlarda problemlәrin olduğu görünür (mәs; Beynәlxalq Bankda bir milyard hәlә dә fondun aktivi kimi görünür). Bununla yanaşı Şuranin mәlumatına görә bir troy unsiyasının ortalama qiymәti ilin ikinci rübündә әn az 30 dollar bahalaşıb ki, bu da hәr bir halda aktivlәrin ümumi hәcminә tәsir etmәli idi.
Әgәr fondun dediyi kimi onların hәlә dә 30 ton ehtiyatları varsa, onda troy unsiyasının qiymәtinin 30 dollar bahalaşması onların aktivini 30 milyon dollar artırmalıdır.
Dediklәrinә görә bu artım ilin birinci rübündә baş verib vә bu haqda onlar mәlumat veriblәr. Lakin, ilin ikinci rübünün hesabatına gәldikdә isә susqunluqlarını qoruyurlar.
ARDNF iddia edir ki, qızıl ehtiyatları satılmayıb vә hәlә dә bizim balansımızdadır. Buradan da belә bir sual yaranır, doğrudanmı Ümumdünya Qızıl Şurası kimi beynәlxalq bir qurum yanılır? Bu kifayәt qәdәr qәribә sәslәnir, çünki bu qurum tәkcә, Mәrkәzi Banklardakı qızılı vә ya ehtiyatları deyil, hәmçinin, bütün dünyada istehlak olunan bütün digәr qızılların da hesabatını aparır.
ARDNF açıqlamasına görә qızıl ehtiyatlarının Mәrkәzi Bankdan ARDNF-nin binasına köçürülmәsi prosesi 2017-ci ildә başa çatıb. Belә ki, onlar artıq ehtiyat olmaqdan çıxıb, fondun aktivlәrinә çevrilib. Amma bu qızıllar heç vaxt Mәrkәzi Bankın ehtiyatları olmayıb. Ölkәnin qızıl ehtiyatlarını yalnız Gәdәbәy mәdәnlәrindәn çıxarılan qızıl tәşhkil edir ki, bunun da hәcmi tәxminәn 4 tona bәrabәrdir. Bütün bunlar Dövlәt Neft Fondunun balansında olan qızıl ehtiyatlarına marağı artırıb.
Şuranın vә ARDNF-nin hesabatlarını nәzәrdәn keçirәrkәn faktiki olaraq, bele nәticәyә gәlmәk olar ki, hansısa sәbәbdәn Mәrkәzi Bank ARDNF-in balansında olan, lakin sadәcә olaraq bankın seyflәrindә saxlanılan qızılı öz ehtiyatları kimi göstәrmәk qәrarına gәlib. Dövlәt Neft Fondu xaricdәn qızılın alışına 2012-ci ildә başlayıb. O zaman, qızılın qiymәti son vaxtların әn yüksәk göstәricisinә çatmışdı. 2012-ci ilin fevralında hәftәlik 10 min unsiya qızıl almaq qәrarı verilәndә bir troy unsiyası üçün aylıq ortalama qiymәt 1742,6 dollar tәşkil edirdi. Bundan yüksәk qiymәt yalnız hәmin ilin oktyabr ayında olub. ARDNF bir il әrzindә tәxminәn 15 ton qızıl almışdır. Geri qalan 15,2 ton 2013-cü ildә alınıb. 2012-ci ilin sonlarından bәzi ölkәlәrin ABŞ-la münasibәtlәrinin korlanması nәticәsindә bir sıra dövlәtlәr öz qızıl ehtiyatlarını ABŞ-ın saxlama yerlәrindәn çıxarmağa başladı.
Qeyd etmәk lazımdır ki, dünya qızılının böyük hissәsi ABŞ-da saxlanılır. Azәrbaycan da hәmçinin cari prosesә qoşulub vә Şuranın hesabatında mәhz bu prosesә işarә edilir.
Belәliklә, 2013-cü ilin yanvarından dekabrına qәdәr Azәrbaycan Bakıya 20 ton qızıl gәtirib. Onlar Mәrkәzi Banka yerlәşdirilib. Qızılın yerdә qalan hissәsi 2014-cü ilin ortalarında gәtirilib.
2014-cü ilin sonunda Dövlәt Neft Fondunun yeni binasının rәsmi açılışı oldu. Razılaşmaya әsasәn qızıl ehtiyatları Mәrkәzi Bankın seyflәrindәn ARDNF-nin yeni binasına köçürülmәli idi. Lakin, bizim ölkәmizdәki bir çox digәr tәdbirlәr kimi rәsmi açılış hәlә binanın faktiki olaraq açılması demәk deyil.
Bundan әlavә, ofislәr yeni binaya tam olaraq 2015-ci ilin sonu, 2016-cı ilin әvvәlindә köçürülüb(ARDNF-nin isә prinsipcә cәmi 100 әmәkdaşı var). 2016-cı ilin martında fondun administrativ binası BREEAM sertifikatı (binanın ekoloji qiymәtlәndirilmәsi metodologiyası) eldә edib vә yalnız bundan sonra qızılın Mәrkәzi Bankdan yeni binaya köçürülmәsinә qәrar verilib. Şuranın hesabatına görә hәmin proses sentyabrda başlayıb cari ilin fevral ayında başa çatmışdır. Maraqlıdır ki, әvvәllәr aya 1-2 ton qızıl daşınsa da, indi 18 ton birdәn daşınıb.
Әgәr ARDNF-nin hesabatına inansaq vә onların melumatlarını Şuranın hesabatı ilә müqayisә etsәk, o zaman yuxarıda göstәrilәn tablo yerinә oturur. Tәәssüf ki, Azәrbaycanın ARDNF vә Mәrkәzi Bank kimi dövlәt strukturları özlәrinin şәffaf olmayan fәaliyyәtlәri sәbәbilә vәziyyәtә vaxtında münasibәt bildirә bilmәdilәr. Buna görә dә, ölkәdә böyük әksәriyyәt Azәrbaycanın aktivlәrini satdığına inanmağa başladı.
Bәs ümumiyyәtlә, bu qızılın faydası var idimi? Axı biz onun alışına 1,5 milyard dollar xәrclәmişik. Çünki biz qızılın qiymәtinin maksimum hәddә olduğu zaman alışı hәyata keçirmişik. Hal-hazırda qızılın qiymәti bir troy unsiyası üçün tәxminәn 1267 dollar civarındadır. Bu әlbәttә ki, 1600-1700 dollardan dәfәlәrlә azdır. Üstәlik bura әvvәlcә JP Morgan, sonra isә Azәrbaycan Mәrkәzi Bankında saxlanılma, alış yerindәn Nyu-Yorka, oradan isә Bakıya daşınma xәrclәri dә әlavә olunur. Hal-hazırda bütün ehtiyatın cәmi qiymәti 1,2 milyard dollar tәşkil edir. Belәliklә, bu nәticәyә gәlmәk olar ki, Dövlәt Neft Fondu qızılın alınması vә daşınması әmәliyyatında tәxminәn 300 milyon dollar itirib.
İndi isә aktivlәrin necә idarә olunması ilә bağlı sual meydana çıxır. Axı bütün bu illәr әrzindә әldә edilmiş qızıl bizә itkidәn başqa bir şey vermәdi. Bәs digәr aktivlәrdә vәziyyәt necәdir? Dövlәt Neft Fondu Beynәlxalq bankda 1 milyard, bir neçә milyon dollar isә qızıl әmәliyyatında itirdi, bәs sonra nә olacaq? Elә belә dә vәsaitlәri itirmәyә davam edәcәyikmi?