Azərbaycana 157 ölkədən 1500 qonaq gəlir

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7-10 avqustda Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu və 14-18 avqustda isə Bakıda 41-ci Dünya Skaut Konfransı baş tutacaq. 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı Avrasiya zonasında keçirilən ən böyük Skaut tədbiri olacaq.

Dünya Skautlar Təşkilatının rəhbər şəxsləri və üzvlərinin iştirak edəcəyi konfransda 157 ölkədən 1500 skautun, iştirakçı ölkələrdən yüksək vəzifəli dövlət nümayəndələri və ictimai xadimlərin iştirakı gözlənilir.

Azadliq.info