Çəkiliş zamanı jurnalistə hücum oldu Yenilənib

Oğurlanmış kamera Suraxanı Rayon İcra hakimiyyətindən tapıldı

“Duzlu göl” ətrafında çəkiliş zamanı zor tətbiq edilərək oğurlanmış kamera tapılıb. Bu barədə Aytac Əhmədova özünün feysbuk səhifəsində məlumat paylaşıb. “Telefonumu oğurlayırlar, icra nümayəndəsi tapıb verir. Kameramı çəkiliş zamanı yenə həmin şəxs əlimdən alıb qaçır, bu səfər də aparat Suraxanı rayon İcra Hakimiyyətindən tapılır. Bu orqan açıq-aşkar oğurluqla məşğuldur. Üstəlik, kartımı qaytarmadılar. Bütün materiallarımı oğurlayıblar. Qəbul şöbəsindəki xanım da oğrunun kimliyi, aparatın necə tapılması ilə bağlı heç bir məlumat vermir. Birdəfəlik müstəqil jurnalistikanın cinayət işi olduğunu qanuniləşdirsinlər, biz də işimizi bilək”,- deyə qeyddə bildirilir.

***

Bu gün Hövsan qəsəbəsi  “Duzlu göl” adlanan yerdə  çəkiliş aparan jurnalstlərə qarşı zor tətbiq olunub. Ərazidə məskunlaşan məcburi köçkünlərin obyektlərinin qanunsuz sökülməsini çəkmək istəyən jurnalist Aytac Əhmədovaya qarşı mülki geyimli şəxslər hücum edib.

Əvvəlcə onun telefonu əlindən alınıb. Sonradan telefon qaytarılsa da naməlum şəxs video kamerasını  əlindən alıb qaçıb. Hadisə şahidlərinin biildirdiyinə görə hadisə yerində polislər də olub.

Aytac Əhmədova özü də faktı təsdiqləyib.

azadlıq.info