Özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 1.78 milyon barel artıb. ABŞ-da ehtiyatların artdığını göstərən məlumatın açıqlanması ilə əlaqədar olaraq neft ucuzlaşıb.
Çərşənbə günü açıqlanacaq rəsmi göstəricinin neft ehtiyatlarının azalacağını göstərəcəyi gözlənilir.
Digər bir məlumata görə, OPEC-in hasilatı İyul ayında Liviyanın hasilatı artırması ilə artıb.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 41 sent düşərək bareli 48.75 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 35 sent düşərək çbareli 51.43 dollara geriləyib.