Azərbaycanda turizm sektorunda xidmətin aşağı olmasına etirazlar artır. Sıravi vətəndaşlar ilə bərabər tanınmış şəxslər də turizmdəki xidmətlərdən razı deyillər.
Bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə turizm haqda qəmli status yazıb:
“Azərbaycan ən qeyri mümkün törənləri -Oskar, Grammy, lap ABŞ prezidentinin inaqurassiyasını da keçirtsə, bu servislə ölkəmizdə heç bir turizm proqresi olmayacaq… son 2 həftədə 3-4 bölgəni qarış-qarış gəzirəm. Adamlar (sahibkarlar) rəsmən rəqabət aparmır. Müştərini qazanmaq həvəsi sıfır. O həvəs haradan yarana bilər ki?! Rayondan 1 “böyük” adam ərazini zolağ-zolağ zəbt edir.Obyektlərə də qohum-əqrəbasını müdir qoyur. Məkanlar nə səviyyədə işləyir işləsin. Əsas odur ki, ərazi onundur.
Antisanitariya, bahalıq, zəif və ləng xidmət, nəticəyə uyğun olmayan qiymətlər və s. Baxıram ki, təbiətimizi Allah təala gözəl qələmiylə çəkib… Nə olsun? Qarabağ kimi qədrini bilməməkdəyik”.