Şəkidə yanğın (Şəkillər)

Azadliq.info- ya verilən məlumata görə, Şəki şəhəri Baqqal kəndi yaxınlığında, meşədə güclü yanğın baş verib. Yanğın təxminən 2-3 saatdır davam edir.  Kənd əhalisi Fövqəladə Hallar Nazirliyinə 2 saatdan  artıq müddətdir ki, xəbər veriblər.

Xeyli müddət keçəndən sonra, FHN hadisə yerinə bir yanğınsöndürən vertolyot  göndərib.  Yenə də yanğını söndürmək mümkün olmayıb. Kənd sakinləri də yanğını söndürmək üçün səfərbər olublar.

Məlumatı bizə verən mənbənin sözlərinə görə, alov getdikcə artır, kənd üçün böyük təhlükə var. Meşədən başlayan yanğın əkin sahələrini, fındıq, meyvə bağlarını  da təhlükə altına qoyub.

Yanğının hansı səbəbdən baş verdiyi haqda heç bir məlumat verilmir.

Azadliq.info