Rusiyalı nazirin öldürüldüyü bəlli oldu

ABŞ-ın BuzzFeed nəşrinin FTB-dakı mənbəyi Rusiyanın keçmiş mətbuat naziri və “Qazprom-Media”nın keçmiş rəhbəri Mixail Lesinin öldürüldüyünü deyib. Mənbənin sözlərinə görə, Lesin ölənə qədər döyülüb. 2016-cı ilin yanvar ayında FTB-nun keçmiş agenti Con Uaytsayd Lesinin zorakılıq nəticəsində öldüyünün mümkünlüyündən danışmışdı.

“Lesin döyə-döyə öldürülüb. Deyəsən kimsə bu faktı gizlətməyə çalışır. Onu deyə bilərəm ki,  FTB-da heç kim onun içib yıxlıb öldüyünə inanmır. Hamı düşünür ki, onu döyüblər və bunun arxasında Putin yaxud Kreml dayanır”, – nəşrin müsahiblərindən biri deyib.

Lesinin meyiti 2015-ci ilin noyabrın 5-də Vaşınqtonda oteldə tapılıb. Polis onun başındakı küt zərbələrdən öldüyünü açıqlayıb.

Ötən ilin oktyanr ayında ABŞ hüquq-mühafizə orqanları Lesinin ölüm işinin araşdırılmasını başa çatdırıb.

Fizzə