Serbiya 4 faizə aldığı 300 milyonun faizini belə qaytarmır
Xarici dövlətlərə verilmiş kreditlər üzrə faiz daxilolmaları 2017-ci il dövlət büdcəsində 50 milyon 815,0 min manat nəzərdə tutulmuş, cari ilin 6 ayında 10 milyon 264,3 min manat, yəni illik proqnozun 20,2%-i həcmində icra olunmuşdur.
Bu barədə məlumatı Hesablama Palatası yayıb
Bu mənbə üzrə carı ilin altı ayında icra edilmiş məbləğ 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 14 milyon 164,4 min manat və ya 2,4 dəfə azdır. Bu mənbə üzrə 2017-ci ildə nəzərdə tutulmuş ödəniş məbləğləri Serbiya Respublikasına və Gürcüstan Respublikasına verilmiş kreditlər üzrə müəyyən edilmişdir.