Tramp 100 min dollarlıq maaşını Təhsil Nazirliyinə verdi

ABŞ prezidenti Donald Tramp ikinci rüb üçün 100 min dollar məbləğində maaşını Təhsil nazirliyinin hesabına köçürüb.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Apreldə D.Tramp birinci rüb üzrə məvacibini Milli Park Xidmətinin hesabına köçürmüşdü. Həmin vəsait ABŞ-da 1861-1865-ci illərdə vətəndaş müharibəsinə aid abidənin bərpasına sərf edilib.