Saakaşvilidən sərt etiraz bəyanatı

Mən artıq 13 ildir ki, Ukraynanın siyasi həyatında iştirak edirəm. Mən bir ölkənin vətəndaşıyam, o da Ukraynadır. Ukrayna hökuməti məni vətəndaşlıqdan məhrum edə bilməyəcək”.

Bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili özünün “Feysbuk” səhifəsində yazıb.

“Ölkədə olmadığımdan istifadə edərək, məni qaçqın statusu almağa vadar etmək istəyirlər. Bu olmayacaq!

Mən haradasa qalmaq və heç bir status almaq fikrində deyiləm”, Saakaşvili qeyd edib.

O, qanunda nəzərdə tutulan imkanlardan istifadə edərək ölkəyə geri dönəcəyini deyib: “Prezident Poroşenko qərarı xəlvətcə, mən ABŞ-da olarkən qəbul edib. Mən Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən bu ölkəni səmimi qəlbdən sevirəm və mübarizəmi davam etdirəcəm”.