Moody’s Investors Service (“Moody’s”) Qazaxıstanın xarici və yerli valyutada reytinqini “Baa3” səviyyəsində təsdiq edib, eyni zamanda, reytinq üzrə proqnoz “mənfi”dən “sabit”ə qaldırılıb.Bu barədə agentliyin yaydığı məlumatda deyilir.
Moody’s Investors Service (“Moody’s”) qeyd edib ki, qlobal neft qiymətlərinin düşməsinə qarşı Qazaxıstanın tətbiq etdiyi siyasət səmərəli olub, çevik məzənnə siyasəti aparılıb, iqtisadiyyat dəstəklənib, maliyyə və bank sistemi xeyli irəliləyib. Bunlar da gələcək inkişaf üçün zəmin yaradıb.