Kansler: “Türkiyə Avropa Birliyinə heç vaxt daxil olmayacaq”

“Türkiyə Avropa Birliyinə heç vaxt daxil olmayacaq”.

Bu bəyanatı Avstriya kansleri Kristian Kern “Frankfurter Allgemeine Zeitung”ə müsahibəsində səsləndirib.

Kern bildirib ki, Avropa Türkiyənin quruma üzvlüyünü ən azı iqtisadi səbəblərə görə həzm edə bilməz..

“Avropa Birliyinə üzvlüyə ümid belə, olmasınlar. Bunu Türkiyəyə deməyin vaxtı çatıb”, – deyən kansler Ankaranı bu istiqamətdəki müzakirələri dayandırmağa çağırıb.

Qeyd edək ki, Ankara ilə Avropa Birliyi arasında münasibətlər Türkiyədəki məlum hərbi qiyam cəhdindən sonra pisləşib. Qurum hökumətin hadisəyə reaksiyasını, kütləvi həbsləri kəskin pisləyib. Alman hüquq müdafiəçilərinin İstanbulda həbsindən sonra tərəflər arasında münasibətlər bir az da pisləşib.

Gültəkin