İran hərbçiləri Türkiyə vətəndaşını güllələdi

Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda İran tərəfdən açılan atəş nəticəsində 24 yaşlı gənc ölüb. Həlak olan gənc Kamuran Fırat adlı Türkiyə vətəndaşıdır.

İnformasiyaya əsasən, o, Türkiyə-İran sərhədini pozmasa da, İran tərəfindən açılan atəş nəticəsində ölüb. Kamuran Fırat Yüksəkovanın Ağaçlı kəndində dəfn ediləcək.

Azadliq.info