Azərbaycanda şəlaləyə baxmaq da pullu oldu

Oğuz rayonunda yerləşən “Xal-xal” istirahət mərkəzində bütün xidmətlər pulludur.

Ərazidə yerləşən şəlaləyə baxmaq üçün də pul tələb olunur.

Belə ki, şəlaləyə keçid üçün 1 manat vermək lazımdır.

Bundan başqa şəlalədə qayıqla gəzinti üçün də 10 manat tələb olunur.